AZ   |   RU
Ərdoğan bu gün Albaniyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Albaniyaya səfər edəcək.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, Türkiyə lideri burada Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirak edəcək.


Bildirilib ki, 47 ölkə liderinin qatılacağı sammit çərçivəsində Ərdoğan ikitərəfli danışıqlar da aparacaq.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Albaniyada səfərdədir.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:54