AZ   |   RU
Zərdabda şəhid Abuzər Abbasovla vida mərasimi keçirilib

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abuzər Tənzil oğlu Abbasovun meyitinin qalıqları Zərdab rayonuna gətirilib.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, şəhidin nəşi rayonun Yuxarı Seyidlər kəndində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Abuzər Tənzil oğlu Abbasov 1972-ci il oktyabrın 8-də Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. O, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

A.Abbasov Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.




  • Bu gün, 12:38