AZ   |   RU
Rusiya, Ukrayna və Türkiyə nümayəndələrinin İstanbulda keçiriləcək görüşünün vaxtı açıqlanıb

Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında üçtərəfli görüş Bakı vaxtı ilə saat 12:30-da İstanbulda keçiriləcək.


Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb.


Bildirilib ki, nümayəndə heyətləri arasındakı görüş Dolmabaxça sarayında baş tutacaq.


Qeyd olunub ki, bundan əlavə, Ukrayna, Amerika və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar isə Bakı vaxtı ilə saat 11:45-ə planlaşdırılıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:37