AZ   |   RU
Ermənistanın Baş naziri Türkiyə Prezidenti ilə qısa söhbət edib


Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin altıncı növbəti sammiti çərçivəsində qısa söhbət edib. 



Missiya.Az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.



Qeyd edək ki, Nikol Paşinyan Tiranada Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb. Liderlər ayrı-ayrılıqda danışdıqdan sonra onlara iki ölkənin xarici işlər nazirləri – Ararat Mirzoyan və Ceyhun Bayramov da qoşulub.



Nurlana Əhmədova
Missiya.Az




  • Dünən, 15:04