AZ   |   RU
İran XİN rəhbəri Qriqoryanla Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib



Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda keçirilən görüş zamanı Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Tərəflər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıblar.

Onlar həmçinin regiondakı vəziyyəti müzakirə edib, sabit və davamlı sülhün əhəmiyyətini vurğulayıblar.




  • Bu gün, 17:02